Obamadan İŞİD etirafı: `Ciddi qəbul etmirdik`

Obamadan İŞİD etirafı: `Ciddi qəbul etmirdik`
  29 Sentyabr 2014    Oxunub:2005
ABŞ prezidenti Barak Obama bəyan edib ki, ölkə kəşfiyyatının İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının gücünü düzgün qiymətləndirməyini bildirib.
AzVision.az-ın məlumatına görə, bu barədə prezident “CBS” telekanalına müsahibəsində bildirib.

Obama bəyan edib ki, ABŞ hərbçiləri İraqda “Əl-Qaidə” terror təşkilatına sarsıdıcı zərbə vurub: “Lakin son iki ildə Suriyada davam edən vətəndaş müharibəsindən istifadə edən terrorçular öz güclərini bərpa edə biliblər”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti