Ukraynada əsirlər dəyişdirildi

Ukraynada əsirlər dəyişdirildi
  29 Sentyabr 2014    Oxunub:1252
Ukrayna güc qurumları və onlara qarşı döyüşən Donetsk sakinlərindən ibarət qüvvələr arasında əsirlərin dəyişdirilməsi prosesi baş tutub. Trend RİA Novosti agentliyinə istinadən bu barədə məlumat verir.

Dəyişdirilmə təxminən Donetskdən 30 kilometr şimalda aparılıb. Ukrayna ordusuna qarşı döyüşənlər 30 nəfər veriblər. Bunun müqabilində ukrayna hərbçiləri 60 nəfər əsir veriblər.

Mübadilə prosesi ATƏT-in hər iki tərəfdən olan müşahidəçilərin nəzarəti altında keçirilib.

Əsirlərin dəyişdirilməsi sentyabrın 5-də Minskdə Ukrayna üzrə əlaqə qrupunun iştirakçıları tərəfindən imzalanmış sazişlə nəzərdə tutulub.


Teqlər:  





Xəbər lenti