Məkkə 2035-ci ildə belə olacaq - FOTO

Məkkə 2035-ci ildə belə olacaq - FOTO
  28 Sentyabr 2014    Oxunub:2722
Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləzizin təlimatı ilə Kəbənin ətrafı genişləndiriləcək.

AzVision.az axar.az-a istinadən xəbər verir ki, 10 il əvvəl Osmanlı dövründən qalma Əcyad qalasının dağıdılaraq yerində inşa edilən əl-Baid qüllələri də söküləcək.

Məkkə bələdiyyəsinin sədr müavini Semir Təvəkkülün verdiyi məlumata görə, 20 il sonra layihə çərçivəsində inşası müzakirələrə səbəb olan “Zəmzəm qüllələri” adı da verilən əl-Baid qüllələri tamamilə aradan qaldırılacaq.

Hər il milyonlarla müsəlmana ev sahibliyi edən Məkkədə layihə çərçivəsində davam edən işlər nəticəsində müqəddəs məkanın ətrafı xeyli dəyişəcək və o, 2035-ci ildə aşağıdakı fotoda olduğu kimi görünəcək.


Teqlər:





Xəbər lenti