İsrail Fələstini bombaladı

İsrail Fələstini bombaladı
  29 Aprel 2013    Oxunub:1021
İsrail yenidən Qəzzanı bombalayıb.
İsrail Baş Qərargahının yaydığı məlumatda bildirilir ki, bu ölkəyə məxsus hərbi təyyarələr Qəzzada yerləşən "Həmas" qruplaşmasına məxsus hərbi bazaya və bir neçə təlim düşərgəsinə zərbələr endirib.

Raket atəşi zamanı ölənlərin olmadığı bildirilir. Fələstinlilər də cavabsız qalmayıb. "Həmas" üzvlərinin atdığı raketlər İsrailin cənubunda boş ərazilərə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.

Səbinə Həsənova
AzVision.az


Teqlər:  





Xəbər lenti