Platini Azərbaycanı təriflədi

Platini Azərbaycanı təriflədi
  22 Sentyabr 2014    Oxunub:1908
UEFA prezidenti Mişel Platini "Avro-2020"nin oyunlarının keçiriləcəyi şəhərlər barədə danışıb.
AzVision.az-ın məlumatına görə, Platini Azərbaycan barədə də danışıb.

“Azərbaycan – Avropanın, UEFA-nın bir hissəsidir. Mən onlara ev sahibliyinin verilməsinə qarşı çıxanları anlamıram. Bundan əlavə, mən kiçik ölkələrin yaxşı təkliflər hazırlaya bilməməsinə görə də məyusam. yaxşı təkliflərin sayı olduqca az idi. ¼ mərhələnin iki oyunun Şərqi Avropada (Bakı və Sankt-Peterburq), digər iki oyunun isə Qərbi Avropada (Roma və Berlin) keçirilməsi mənim xoşuma gəlir”, –deyə Platini bildirib.

Qeyd edək ki, sentyabrın 19-da UEFA İcraiyyə Komitəsinin Cenevrə şəhərində keçirilən iclasında qəbul olunan qərara əsasən "Avro-2020"nin 3 qrup oyunu və ¼ mərhələnin bir oyunu Bakıda keçiriləcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti