Məşhur oliqarx Rusiya prezidenti olmaq istəyir
Fransanın “Le Monde” qəzetinə danışan oliqarx ölkəsinin normal şəkildə inkişaf etdiyi bir vaxtda prezident olmaq istəmədiyini, bunun maraqlı olmadığını deyib. O, Rusiyanın çətin durumunda isə ölkəyə rəhbərlik etməyə, prezident postuna keçməyə hazır olduğunu deyib.
“Lakin böhran vəziyyətində məsələ tam fərqlidir. Çətin durumlarda ölkəmə rəhbərlik etməyə, ölkəmi bu sıxıntıdan çıxarmağa hər an hazıram”.
Qeyd edək ki, həbsdən çıxdıqdan sonra oliqarx siyasətlə məşğul olmayacağını bildirmişdi.
AzVision.az