Rəfsancani yenidən İran prezidenti ola bilər

 Rəfsancani yenidən İran prezidenti ola bilər
  29 Aprel 2013    Oxunub:1691
İranın keçmiş prezidenti Rəfsancani növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək
İranın keçmiş prezidenti Əkbər Haşimi Rəfsəncani qarıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək niyyətində olduğunu bəyan edib.

Keçmiş prezident seçiləcəyi təqdirdə çoxpartiyalı kabinet quracağını bildirib.

Hazırda Məsləhət Şurasının sədri olan Rəfsəncani həmçinin İranın daxili və xarici siyasətində yeni islahatların aparılması üzrə tədbirlər görəcəyini deyib.

Rəfsəncani 1989-cu ildən 1997-ci ilə qədər İranın prezidenti olub. 2005-ci ildə o, üçüncü müddətə namizədliyini verib, lakin seçkilər zamanı öz rəqibi Mahmud Əhmədinejada uduzub.
Qeyd edək ki, İranda sayca 11-ci olan prezident seçkiləri cari ilin iyun ayının 14-də keçəcək.

Prezidentliyə namizədlər mayın 7-dən 11-dək qeydiyyatdan keçəcəklər.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti