Macarıstan Ermənistandan üzr istəməyəcək

 Macarıstan Ermənistandan üzr istəməyəcək
  27 Aprel 2013    Oxunub:1311
Edvard Nalbandyan Macarıstan hökumətinin Ermənistanın “uzatdığı əli” geri çevirməsindən gileylənir.
“Belə görünür ki, bütövlükdə Macarıstan və onun baş naziri Viktor Orban Azərbaycan zabiti Ramil Səfərovun ekstradisiyasına görə üzr istəmək niyyətində deyil. Ermənistanla barışmaq üçün heç bir addım da atmaq istəmir”-deyə erməni mətbuatı yazır.

Ermənistan isə əksinə Macarıstanla diplomatik əlaqələri bərpa etmək fikrindədir. Bu ölkənin xarici işlər naziri Edvard Nalbanndyan Avropa şurasının baş katibi Turbyorn Yaqlandın səfəri çərçivəsində Yerevanda keçirilən mətbuat konfransında belə deyib. Nalbandyan, həmçinin Ermənistan hökumətinin Budapeştdən barışıq üçün “bir addım” gözlədiyini bildirib.

Erməni nazirin bu bəyanatından 8 gün keçməsinə baxmayaraq, Viktor Orban sakitliyini qorumağa davam edir. Onun Nalbandyanın sözlərinə biganə qalması Ermənistanı olduqca narahat edir. Odur ki, erməni mətbuatı yazır: “ Onu Avropa İttifaqında “çirkin ördək balası” adlandırırlar. Çox güman ki, Ermənistanın sualına cavab verməklə Ramil Səfərov məsələnin yenidən KİV-lərin gündəminə gəlməsini istəmir. Buna görə də Macarıstan hökuməti Ermənistanın “uzatdığı əli” geri çevirir”.

Erməni hökuməti, “bir addım” gözləyirik deməklə əslində Macarıstanın hər kəsin qarşısında üzr istəməsini tələb edir.

Qeyd edək ki, cari ilin sentyabr ayından etibarən Ermənistan Macarıstanla diplomatik əlaqələrə son qoyub. Buna səbəb məlum olduğu kimi Macarıstanda minlərlə azərbaycanlının qanına susamış ermənilərin zabitini öldürdüyünə görə ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun Azərbaycana ekstradisiyası, onun dövlətimizin başçısı tərəfindən əfv edilməsi və ona milli qəhrəman adı verilməsidir.

Belə görünür ki, Macarıstan kimi bir dövlətlə əlaqələrinə son qoyduğuna görə peşman olan Ermənistanı “Ramil Səfərov dərdi” hələ çox yandıracaq...

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti