Prezidenti təhqir edən jurnalist mühakimə olundu

Prezidenti təhqir edən jurnalist mühakimə olundu
  26 Aprel 2013    Oxunub:1271
Türkiyədə prezidenti təhqir edən jurnalist həbs olunub.
Türkiyədə solçu «The Communist daily Sol» qəzetinin redaktoru Əli Örnək Türkiyə prezidenti Abdulla Gülü təhqir etdiyinə görə 14 aylıq şərti həbs cəzasına məhkum edilib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə yaxın 5 ildə buna bənzər hallar təkrarlanarsa jurnalisti həbs ediləcəyi ilə bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, Örnək 2010-cu ildə “ITUsоzluk” formunda prezident Abdulla Gülün ünvanına tənqidi fikirlər və təhqir məzmunlu ifadələr səsləndirib. Örnəyin vəkili Özgür Urfa isə müvəkkilinin qərar barədə şikayət edəcəyini bildirib.



Teqlər:





Xəbər lenti