Qanuni marixuana apteki açılacaq

Qanuni marixuana apteki açılacaq
  26 Aprel 2013    Oxunub:2234
ABŞ-da bir nəfərə aya 56 qram marixuana almağa icazə veriləcək
Yaxın vaxtlarda ABŞ-da qanuni olaraq marixuana satılan aptek açılacaq. Tibbi məqsədlər üçün marixuananın satılacağı ilk aptek bu ilin mayında Vaşinqtonda fəaliyyətə başlayacaq. Əczaxanada alıcılara yalnız marixuana deyil, eyni zamanda tərkibində çətənə olan un məmulatları, şirniyyatlar və içkilər də təklif olunacaq. Marixuananı isə xüsusi xəstəlikləri olan insanlar əldə edə biləcək. Bir nəfərə aya 56 qram marixuana almağa icazə veriləcək.

Xatırladaq ki, Vaşinqtonda tibbi məqsədlər üçün marixuananın qanuni satışına 2010-cu ildə keçirilən səsvermədə icazə verilib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti