PKK Türkiyəni tərk edəcək

PKK Türkiyəni tərk edəcək
  26 Aprel 2013    Oxunub:1915
Silahlılar Türkiyəni mayın 8-dən tərk etməyə başlayacaq
PKK terrorçuları Türkiyə torpaqlarını tərk etməyə hazırlaşırlar.

Onlar ölkədən mərhələli şəkildə, həm də qruplar halında çıxacaqlar. Terror təşkilatının liderlərindən olan Murat Karayılan Kandil dağı ətəklərində türk jurnalistlərə müsahibəsində bildirib ki, silahlılar Türkiyəni mayın 8-dən etibarən tərk edəcəklər. Terrorçular Türkiyə sərhəddini keçdikdən sonra İraqın şimalında, Kandil dağında cəmləşəcəklər.

Amma PKK-çılar ölkəni tərk edərkən, onlara qarşı hər hansı əməliyyat keçirilərsə, özlərini müdafiə edəcəklərini bəyan ediblər. Bununla da prosesə son qoyulacaq və PKK Türkiyəni tərk etmək fikrindən əl çəkəcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti