Prezident müsəlmanlardan üzr istədi

Prezident müsəlmanlardan üzr istədi
  26 Aprel 2013    Oxunub:1495
Serbiya Prezidenti Tomislav Nikoliç Srebrenitsada qarşı törədilən qətliama görə bosniyalı müsəlmanlardan üzr istəyib.
“Keçmiş Yuqoslaviya ərazisində baş verənlər soyqırım idi. Mən ölkəm və xalqım adından diz çökərək Srebrenitsada törədilənlərə üzr istəyirəm. üzr istəyirəm”,-deyə Nikoliç bildirib.

Xatırladaq ki, 1995-ci ilin iyulunda bu müsəlman qəsəbəsində bir neçə gün ərzində çoxu 13 yaşdan 77 yaşadək kişilər olmaqla 8 mindən çox insan öldürülüb. Qırğınla bağlı məsuliyyət Bosniya serblərindən ibarət qoşunun üzərinə qoyulub.

BMT-nin Haaqa beynəlxalq məhkəməsi Srebrenitsada törədilmiş bu hadisəni soyqırım kimi dəyərləndirib.

Dinc Bosniya əhalisinin kütləvi qırğını 2003-cü ildə Bosniya və Herseqovina Respublikası hökuməti tərəfindən rəsmən tanınıb. 2010-cu ildə Serbiya parlamenti də Srebrenitsadakı qırğını pisləyib.



Teqlər:





Xəbər lenti