Putin Berezovski barədə danışdı
“Mən bu mövzuda danışmaq istəməzdim. Amma məcburam. Mən Berezovskidən iki məktub almışam. Birinci məktubu fevralda, ikincisini isə az əvvəl almışam”.
Prezidentin sözlərinə görə, məktublarında keçmiş oliqarx əməllərindən peşman olduğunu və Rusiyaya qayıtmaq istədiyini bildirib.
Putin əlavə edib ki, bunun həqiqətə nə dərəcədə uyğun olduğunu müzakirə etməzdən əvvəl məsələnin “hüquqi tərəflərini araşdırmaq lazımdır.
Rusiya Prezidenti birinci məktubu Kremlə Berezovskinin həmkarı, ikinci məktubu isə xarici ölkə vətəndaşın təqdim edib.
AzVision.az