Yunanıstan Almaniyadan təzminat tələb etdi

Yunanıstan Almaniyadan təzminat tələb etdi
  25 Aprel 2013    Oxunub:1458
Yunanıstan hökuməti maliyyə böhranından çıxmağa yollar axtarır.
Boşalan dövlət xəzinəsini doldurmağa çalışan Afina bu dəfə Almaniyanı hədəfə alıb. Yunanlar bildirib ki, Berlin 1941-45-ci illərdə faşist Almaniyası tərəfindən qətlə yetirilən yunanlara görə təzminat verməlidir. Məsələni parlamentdə şərh edən xarici işlər naziri Dimitris Avramapulos qeyd edib ki, almanlar onlara ölənlərə görə 108 milyon avro və üstəlik 54 milyon avro da bu pulun faizi olaraq qaytarmalıdır.

Ümumilikdə 162 milyonun ölkə iqtisadiyyatına bəs edəcəyini deyən nazir Berlini tələsdirib. Almaniyanın cavabı isə gecikməyib. Angela Merkel hökumətindən bildirilib ki, yunanlara və faşizmdən əziyyət çəkən bütün digər xalqlara ötən əsrin 50-ci illərində təzminat ödənib. Onların sözlərinə görə, bundan sonra ölkə heç kimə təzminat kimi 1 avro da ödəmək niyyətində deyil.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti