Səfirimizin məqaləsi Amerika mətbuatında
Səfir Süleymanov məqaləsində əvvəlcə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrail və Fələstinə ilk səfəri barədə söz açaraq, həmin səfərin İsrail prezidenti Şimon Peres tərəfindən “tarixi səfər” kimi qiymətləndirildiyini göstərib, İsrail və Fələstinin dostu olaraq Azərbaycanın hər iki xalqı sülh içində görməyi dilədiyini və eyni diləyi Cənubi Qafqaz üçün bölüşdüyünü açıqlayıb.
Məqaləsində Azərbaycan-Ermənistan münaqişəsinin həllinə toxunan səfir bir daha münaqişəsinin nizamlanmasında beynəlxalq ictimaiyyətin fəal iştirakına ehtiyac duyulduğunu bəyan edib.
Səfir eyni zamanda Azərbaycanın surətli iqtisadi inkişafı, eləcə də Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi uğurlu regional layihələrin bölgədə sülhün potensial dividentləri ilə yanaşı, Ermənistanın davam edən düşmənçilikdən itirdiyi fürsətləri nümayiş etdirdiyini qeyd edib.