Amerikadan qondarma Dağlıq Qarabağ respublikasına daha bir jest

Amerikadan qondarma Dağlıq Qarabağ respublikasına daha bir jest
  24 Aprel 2013    Oxunub:1530
Kaliforniya ştatının Fresno dairəsi qondarma Dağlıq Qarabağ respublikasının müstəqilliyini tanıyan qətnamə qəbul edib.
Fresno Dağlıq Qarabağın müstəqilliyini tanıyan ilk Kaliforniya dairəsi kimi tarixə düşüb. Bu dairənin qəyyumluq şurası şura sədri Andreas Borqesin müəllifi olduğu və Azərbaycanla Ermənistan arasında yerləşən Dağlıq Qarabağ Respublikasının tarixi və etnik erməni torpaqları olduğunu nəzərdə tutan qətnaməni qəbul edib. Qətnamə müəllifləri kaliforniyalı deputatları da qondarma respublikanın müstəqilliyini tanımağa çağırıb.

Qondarma respublikanın Amerikadakı daimi nümayəndəsi Robert Avetisyan bu təşəbbüsə görə qətnamə müəlliflərinə təşəkkürünü bildirib, qətnaməni regiondakı stabil və demokratik şəraitin qurulmasında önəmli addım kimi qiymətləndirib.



Teqlər:  





Xəbər lenti