Boston terrorunu ermənilər törədib

Boston terrorunu ermənilər törədib
  23 Aprel 2013    Oxunub:1376
“ Rusiya və ya Gürcüstanın bu məsələyə aidiyyəti yoxdur”.
NBC News-a müsahibəsində Bostonda partlayışı törətməkdə günahkar bilinən Zoxar və Tamerlan Tsarnayevlərin dayısı Ruslan Tsarni terror aktının arxasında əslində erməni əsilli bir şəxsin dayandığını bildirib.

O qeyd edib ki, həmin erməni onun bacısı uşaqlarını “qəsdən yoldan çıxarıb”.

“Mən əminəm ki, onlar kimlərinsə əlində adi bir marionetdirlər. Bu “kütləvi şəkildə oynanılan bir oyun”dur. Elə o erməninin özünün də arxasında dayanan böyük qüvvələr var.

Amerikada olduqları müddətdə qardaşların tanınmayacaq dərəcədə dəyişdiklərini deyən Ruslan Tsarni, onların radikallaşdığını bildirib.

“ Tamerlan nə dediyini heç özü də anlamırdı. Mənasını belə bilmədiyi ifadələr işlədirdi. Pis-yaxşı, törətdiyi bütün əməlləri Allahla bağlayırdı”-deyə Ruslan Tsarni bacısı uşaqlarının belə bir bəlaya sürükləyənin bir erməni olduğunu iddia edir-“ Rusiya və ya Gürcüstanın bu məsələyə aidiyyəti yoxdur”.

Qeyd edək ki, 26 yaşlı Tamerlan Tsarnayev polislə silahlı qarşıdurma zamanı həyatını itirib, 19 yaşlı Zoxar Tsarnayev isə boynundan yaralanıb. Hazırda Boston xəstaxanasında olan Zoxar, ötən həftənin cümə günü aparılan xüsusi əməliyyat tədbirləri nəticəsində həbs edilib.

Onun yaxın günlərdə mühakimə ediləcəyi bildirilir. Günahı sübut olunacağı təqdirdə onu ölüm cəzası gözləyir.

Xatırladaq ki, aprelin 15-də Boston marafonunun sonunda baş vermiş iki partlayış nəticəsində 3 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Səbinə Həsənova
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti