Fransa səfirliyi partladıldı

Fransa səfirliyi partladıldı
  23 Aprel 2013    Oxunub:1634
Fransanın Liviyadakı səfirliyinin partladılması nəticəsində iki nəfər xəsarət alıb.
Fransanın Liviyanın paytaxtı Tripolidə yerləşən səfirliyinin qarşısında içərisində bomba quraşdırılmış avtomobil partladılıb.
İlkin məlumata görə ölən yoxdur, lakin səfirliyin iki mühafizəçisinin xəsarət aldığı bildirilir. Onların vətəndaşlıqları barədə məlumat verilmir.

Binaya ciddi ziyan dəyib. Divarın bir hissəsi uçub. Səfirliyin qarşısında dayanan iki avtomobil yanıb.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti