Türkiyə İsraillə barışır
Türkiyə ilə İsrail arasında Mavi Mərmərə hadisəsindən sonra dondurulan diplomatik münasibətlər bərpa edilib. Türkiyə rəsmiləri ilə İsrail nümayəndələri arasında buna dair keçirilən danışıqlar konstruktiv olub.
Türkiyə baş nazirinin müavini Bülənt Arınç Ankaraya səfər edən İsrail nümayəndə heytəi ilə görüşdə Təl-Əvivin təzminat ödəməsi məsələsini də gündəmə gətirib. Bir sıra məsələlərdə razılıq əldə edilsə də, vəsaitin məbləği müəyyənləşdirilməyib. Bülənt Arınç danışıqların növbəti mərhələsinin yaxın günlərdə baş tutacağını da açıqlayıb.
Teqlər: