Nazirlik: `Yanğın davam edir`

Nazirlik:  `Yanğın davam edir`
  04 Avqust 2014    Oxunub:1928
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələdə “Şahdağ” Milli Qoruğunun ərazisində və Xaçmazda Oğuz Milli Parkında baş verən yanğınla bağlı məlumat yayıb.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, dünən Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin Xaçmaz bölməsinin 3-cü dolayının yüksək dağlıq ərazisində yanğın hadisəsi baş verib.

İlkin ehtimala görə ildırım nəticəsində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin

Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının köməyi ilə 4 avqust 2014-cü il tarixində səhər saat 11 radələrində söndürülüb. Yanğın nəticəsində ərazidəki quru ot və kol örtüyünə ziyan dəyib.

Həmçinin, dünən saat 14 radələrində Şahdağ Milli Parkının Oğuz meşəbəyliyinin 8-ci dolayında da yanğın hadisəsi baş verib.
Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq yerli qurumlarının əməkdaşları yanğının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.


Teqlər:





Xəbər lenti