İran əhalisinin sayını artırır

İran əhalisinin sayını artırır
  22 Aprel 2013    Oxunub:1321
Iran demoqrafik tənəzzüldən qurtulmağın yollarını axtarır
İranın Səhiyyə Nazirliyi ölkədə doğum səviyyəsini artırmaq məqsədilə kampaniyaya başlayıb. Bu işə nazirliyin 150 min əməkdaşı cəlb edilib.

Tibb universitetlərində demoqrafik situasiyanın yaxşılaşdırılması məqsədilə xüsusi mütəxəssilər yetişdiriləcək. Bunun üçün kursalr təşkil ediləcək. Həmin kurslarda təhsilin keyfiyyətinə Səhiyyə Nazirliyi nəzarət edəcək.

İran hökumətinin əsas məqsədi ailələri, tək uşaqlılığın sosial və psixoloji problemlərə gətirib çıxardığına inandırmaqdır.

Xatırladaq ki, bir müddət əvvəl İranda doğum səviyyəsinin aşağı salınması üzrə proqram həyata keçirilirdi. Həmin proqram 1979- cu ildə islam inqilabından sonra baş verən demoqrafik sıçrayışdan sonra tətbiq olunmağa başlamışdı.

O vaxtdan bəri isə İranda doğum səviyyəsi getdikcə azalmağa başlayıb. 2012-ci ildə isə acınacaqlı həddə (1.2 %) çatıb. Odur ki, hökumət demoqrafik tənəzzüldən ehtiyat edir.

Ayətulla Əli Xameneyi 75 milyonluq İran əhalisini artaraq 150-200 milyona çatmağa çağırıb və bunun üçün dövlətin demoqrafik proqramına 15 milyard dollar ayırıb.

Səbinə Həsənəova
AzVision.az



Teqlər:





Xəbər lenti