Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi "QHT İşi" üzrə istintaqa cəlb edildi

Elm və Təhsil Nazirliyinin vəzifəli şəxsi "QHT İşi" üzrə istintaqa cəlb edildi
  24 Mart 2025    Oxunub:999
Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan "QHT İşi" çərçivəsində istintaqa cəlb olunub.
AzVision.az Oxu.az-a istinadən xəbər verir ki, Günel Səfərova da ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyindən (USAID) qrant alan şəxslər siyahısında olub.

Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilib.

Qeyd edək ki, 2021-2023-cü illər ərzində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının "Qaçqınların sosial qiymətləndirilməsi" layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.

ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.

Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olub.

O, uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.
AzVision.az



Teqlər:





Xəbər lenti