ABŞ ilə Ukrayna nədə razılaşdılar?

“Görüşün nəticəsinə əsasən Ukrayna ABŞ-nin 30 günlük atəşkəs təklifi ilə razılaşıb. Lakin bu tələbin Rusiya tərəfindən qəbul edilməsi və eyni vaxtda həyata keçirilməsi şərti ilə. ABŞ yaxın vaxtlarda Rusiya tərəfi ilə bunu müzakirə etmək niyyətindədir”, - danışıqlarda iştirak edən Donald Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib.
ABŞ prezidenti Donald Tramp Moskva və Vaşinqton nümayəndələri arasında “bu gün və sabah” yeni görüşlər keçirəcəyini açıqlayıb. O, həmçinin bu həftə rusiyalı həmkarı Vladimir Putinə zəng etməyi planlaşdırdığını deyib.
Bundan əlavə, Vaşinqton hərbi təchizat və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edəcəyinə söz verib. Kiyev isə hərbi yardımı artıq bərpa olunduğunu bildirib.
Sahil İsgəndərov
AzVision.az