Lavrov: "Kiyevdə NATO qoşunlarını qəbul etməyəcəyik!"

      Lavrov:    "Kiyevdə NATO qoşunlarını qəbul etməyəcəyik!"
  12 Mart 2025    Oxunub:527
Şimali Atlantika Alyansının hərbçilərinin Ukrayna ərazisində hər hansı bir statusda olması Rusiya Federasiyası üçün təhlükə sayılır. Moskva bunu qəbul etməyəcək.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlər Larri Conson, Mario Naufalu və Endryu Napolitanoya müsahibəsində deyib.

Lavrov: "Nüvə gücləri bir-birinə qışqırmamalıdır!"
Rusiya XİN rəhbəri NATO-nun genişlənməsinin ən azı Tramp tərəfindən tanınmasını, alyans qoşunlarının istənilən bayraq altında və formada Ukrayna torpaqlarında peyda olması ilə eyni tutub. Hər iki hadisə ruslar üçün eyni təhlükə sayılacaq.

Nazir qeyd edib ki, Rusiya “heç bir halda” müttəfiq dövlətlərin qüvvələrinin Ukrayna ərazisində olmasını qəbul etməyəcək.
O, həmçinin xatırladıb ki, Qərb ölkələrinin nümayəndələri Rusiya Federasiyası ilə danışmır, əlaqə saxlamırlar.

Rusiya rəsmisi Trampa sülhməramlılarla bağlı verilən sualı da xatırladıb. Ağ Ev rəhbəri cavab olaraq deyib ki, bunu müzakirə etmək hələ tezdir. Lakin bunun üçün bütün tərəflərin razılığı lazımdır: “Niyə biz sülhməramlı qüvvə və ya hər hansı sülhməramlı qrupla razılaşmalıyıq? Onlar istəyirlər ki, belə bir qüvvə bizi özlərinə düşmən elan etmiş ölkələrin hərbçilərindən ibarət olsun. Qərbdəkilər ora sülhməramlı kimi gələcəklər?".


Tural Tağıyev
AzVision.az



Teqlər:   Lavrov  





Xəbər lenti