Husilər: "Qırmızı dənizdə hücumlara yenidən başlayacağıq"

      Husilər:    "Qırmızı dənizdə hücumlara yenidən başlayacağıq"
  12 Mart 2025    Oxunub:594
"İsrail Qəzza zolağında elektrik enerjisi dayandırdığı müddət ərzində Qırmızı dəniz və ətraf sulardan keçən İsraillə əlaqəli gəmilərə yenidən hücum çəkəcəyik".
Bu barədə Yəməndə fəaliyyət göstərən iranyönümlü "Husi" qruplaşması bəyanat yayıb. Təşkilatın rəhbəri Əbdülməlik Əl-Husinin adından verilən bəyanatda İsrailə bu məsələ ilə bağlı "dörd gün möhlət verildiyi" vurğulanır.
İsrail Qəzzada elektrik enerjisini kəsməyi planlaşdırır

Xatırladaq ki, İsrail Fələstinin HƏMAS qruplaşmasına atəşkəs sazişinin uzadılması, habelə əsir mübadiləsinin şərtlərinin lazımınca yerinə yetirilməsi üçün təzyiq göstərmək məqsədilə Qəzza zolağında elektrik enerjisini kəsib. Eyni zamanda, zolağa humanitar yardım təminatı da dayandırılıb.

"Husi" qruplaşması isə yanvarın 20-dən etibarən Qırmızı dəniz və ətraf sularda İsraillə əlaqəli olmayan gəmilərə zərbə endirməyəcəyini açıqlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   husilər   İsrail   Qırmızı-dəniz   hücum  





Xəbər lenti