Bakıda məişət tullantılarının yarıdan çoxunun hara yönəldildiyi məlum deyil

   Bakıda məişət tullantılarının yarıdan çoxunun hara yönəldildiyi məlum deyil
  19 Fevral 2025    Oxunub:483
Bakıda məişət tullantılarının 57,5 %-nin hara yönəldildiyi məlum deyil.
AzVision.az xəbər verir ki, bunu Hesablama Palatası apardığı audit nəticəsində müəyyən edib.

Auditin nəticələrinə görə, təhlükəsiz tullantıların daşınması ilə bağlı normativ tələblər tam müəyyənləşdirilməyib. Bakıda məişət tullantılarının yalnız 42,5 %-i rəsmi olaraq "Təmiz Şəhər" ASC-yə təhvil verilir. Qalan tullantıların hara yönəldildiyi qeyri-müəyyəndir. Bu, qanunsuz çeşidlənmə və tullantıların düzgün idarə olunmaması problemlərini artırır.

Palatanın hesabatında tullantıların toplanması və daşınması sahəsində vahid nəzarət mexanizminin yaradılmasının vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti