İlham Əliyev: Azərbaycan dinamik iqtisadiyyata sahibdir
![İlham Əliyev: Azərbaycan dinamik iqtisadiyyata sahibdir İlham Əliyev: Azərbaycan dinamik iqtisadiyyata sahibdir](https://azvision.az/photos/2025/02/17394295615420517411_1200x630-(1)-1739429658.jpg)
Müraciətdə, həmçinin deyilir: “Hazırda başlıca hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” yaxın gələcəkdə inkişaf konsepsiyamızın əsasını təşkil edir.
Davamlı güclənən rəqabətqabiliyyətli iqtisadiyyatın, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması, ölkəmizin rəqabətli insan kapitalına söykənən müasir innovasiyalar məkanına və “yaşıl artım” ölkəsinə çevrilməsi, işğaldan azad edilmiş ərazilərimizin yenidən məskunlaşdırılması qarşımızda duran əsas prioritetlərdir. Bu milli prioritetlərin hər biri qarşılıqlı və əlaqəli şəkildə icra edildikdə yüksək nəticələr verəcəkdir”.
Teqlər: