Qara qutular Malayziyaya verildi
Malayziyalı ekspertlər isə öz növbəsində “qara qutuları” İKAO (Mülıkü Aviasiya üzrə Beynəlxalq Təşkilat) mütəxəssislərinə ötürəcəklərinə dair öhdəlik götürüblər.
“DXR” tərəfdən “qara qutular”ın təhvil verilməsi zamanı baş nazir Aleksandr Boroday və baş nazirin müavini Andrey Purqin iştirak edib. Malayziya nümayəndə heyətinin rəhbəri “qara qutu”ların yaxşı vəziyyətdə olduğunu bildirərək yaxın vaxtlarda onun deşifrə olunması prosesinə başlayacaqlarını vurğulayıb.
Qeyd edək ki, iyulun 17-də Ukraynanın Rusiya sərhədinə yaxın ərazisində qəzaya düşən “Malaysia Airlines” şirkətinə məxsus Boeing-777 sərnişin təyyarəsində və 15 ekipaj üzvü olmaqla 298 sərnişin olub.
Eldar Tanrıverdiyev