Sarkozi cinayət məsuliyyətinə cəlb ediləcək

Sarkozi cinayət məsuliyyətinə cəlb ediləcək
  20 Aprel 2013    Oxunub:1420
Fransanın sabiq prezidenti Nikolya Sarkozi haqqında yeni cinayət işi qaldırıla bilər.
Fransa məhkəməsi Sarkozinin prezident seçilməzdən əvvəl seçki təbliğatlarında Liviyanın devrilən lideri Müəmmar Qəddafidən maliyyə yardımı alıb-almadığını araşdırmağa başlayıb.

Livan əsilli işadamı Ziad Təkiəddinin Sarkozi ilə bağlı yayılan Qəddafi iddialarının doğru olduğunu deməsindən sonra, yeni bir cinayət işi ilə bağlı hazırlıqlar da başlayıb.

Xatırladaq ki, Qəddafinin oğlu Seyfülislam da Liviyada vətəndaş müharibəsi baş verən vaxt, Sarkozinin Liviyanın maliyyə dəstəyi hesabına hakimiyyətə gəldiyini açıqlamışdı. Nikolya Sarkozi isə iddiaları təkzib edir.


Teqlər:





Xəbər lenti