Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək

   Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək
  26 Dekabr 2024    Oxunub:381
"Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə peşəkar psixoloqlar, həkimlər xilasedicilər, həmçinin Səhiyyə Nazirliyinin peşəkar həkimlərindən ibarət qrup Fövqəladə Hallar Nazirliyinə aid zəruri vasitələrlə təchiz olunmuş təyyarə ilə Aktau şəhərinə göndərilib.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə hallar nazirinin müavini general-mayor Adil Abdullayev deyib.

Xilas olunmuş şəxslərin müalicəsinin Azərbaycanda davam etdirilməsi məqsədilə xəsarət almış şəxslərdən 7 nəfər FHN-in xüsusi təyyarəsi ilə həkimlərin və psixoloqların müşayiəti altında Bakı şəhərinə gətirilib. Vəziyyəti daha qənaətbəxş olan digər 7 nəfər isə “Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarəsi ilə bir qədər sonra Bakıya gətiriləcək. Bakıya gətirilən şəxslərin müalicəsi paytaxtın tibb müəssisələrində davam etdiriləcək.

Onun sözlərinə görə, dörd nəfərin nəşi bu gün "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarə ilə gətiriləcək. Digərlərinin də gətirilməsi üçün dövlətin aidiyyəti strukturları tərəfindən müvafiq iş aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti