Hökumənin cənazəsi bu gecə Bakıya gətiriləcək

   Hökumənin cənazəsi bu gecə Bakıya gətiriləcək
  26 Dekabr 2024    Oxunub:336
Aktauda dekabrın 25-də AZAL-a məxsus qəzaya uğrayan təyyarənin bələdçisi Hökümə Əliyevanın nəşi bu gün təhvil veriləcək.
Bu sözləri Hökümə Əliyevanın xalası qızı Aysel Abdullayeva jurnalistlərə açıqlamasında deyib.

"Dünən bir neçə dəfə ona zəng etdim, cavab vermədi. Deyirlər ki, bu gün gecə saat 12-dən sonra cənazəsi təhvil veriləcək. Hökumə ailəli idi. Övladı yox idi", - deyə A.Abdullayeva qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti