İraq türkmanlarının lideri Azərbaycan xalqına başsağlığı verib

   İraq türkmanlarının lideri Azərbaycan xalqına başsağlığı verib
  26 Dekabr 2024    Oxunub:308
İraq türkmanları parlament qrupunun rəhbəri Ərşad Salehi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı Azərbaycanın Bağdaddakı səfirliyini ziyarət edib.
Bu barədə məlumat Ə.Salehinin sosial şəbəkə hesabında paylaşılıb. O, səfirlikdəki xatirə dəftərində qeydlərini yazaraq Azərbaycan xalqına başsağlığı verib, qəza nəticəsində həlak olanlara Allahdan rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb.






AzVision.az



Teqlər:





Xəbər lenti