Kreml təyyarə qəzası ilə bağlı fərziyələrin əleyhinədir

   Kreml təyyarə qəzası ilə bağlı  fərziyələrin əleyhinədir
  26 Dekabr 2024    Oxunub:419
"Rusiya Aktauda baş verən təyyarə qəzasının səbəbləri ilə bağlı araşdırmalar tamamlanana qədər heç bir fərziyyə irəli sürməyəcək".
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

Qazaxıstan AZAL təyyarəsinin “vurulması” xəbərini təkzib edib
Kreml nümayəndəsi xatırladıb ki, dünən Rusiya prezidenti Vladimir Putin öz adından və MDB dövlət başçılarının qeyri-rəsmi sammitinin bütün iştirakçıları adından təyyarə qəzası nəticəsində yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib. Peskov əlavə edib ki, hazırda təyyarə qəzası ilə bağlı araşdırma aparılır və bu proseslər ixtisaslaşmış aviasiya orqanları tərəfindən həyata keçirilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Kreml   Qəza   Peskov  





Xəbər lenti