Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

   Matəm günü ilə əlaqədar teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb
  25 Dekabr 2024    Oxunub:373
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan həlak olub və yaralanıb.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasında matəm elan edilib.

Matəmlə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki teatr-konsert müəssisələrində 26 dekabr tarixinə nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb.
Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah xəsarət alanlara şəfa versin.

AzVision.az



Teqlər:





Xəbər lenti