Azərbaycan rəsmiləri Aktau şəhərinə çatıb

   Azərbaycan rəsmiləri Aktau şəhərinə çatıb
  25 Dekabr 2024    Oxunub:386
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə AZAL-a məxsus təyyarənin qəzaya uğraması səbəblərini araşdırmaq üçün Qazaxıstana gedən dövlət rəsmiləri artıq Aktau şəhərinə çatıb.
Bu barədə AzVision.az "NewTimes.kz" nəşrinə istinadən xəbər verir. Qeyd olunub ki, Manqistau vilayətinin akimi Nurdaudet Kilybay və Azərbaycan hökumətinin nümayəndələri xilasetmə əməliyyatı çərçivəsində görüləcək müvafiq tədbirləri hazırlayıblar. Akim bildirib ki, zərərçəkmiş vətəndaşlara lazımi tibbi yardım göstərilib.

Aktau şəhərinə gedən Azərbaycan dövlət rəsmiləri arasında rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri var.

Qeyd edək ki, Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. İlkin məlumata görə, qəzadan 32 nəfər sağ qalıb.

AzVision.az


Teqlər:





Xəbər lenti