Yeni il süfrəsi neçəyə başa gələcək? - ARAŞDIRMA
Digər əsas məhsullardan biri isə kərə yağıdır. 1 kq kərə yağının qiyməti təxminən 16-26 azn aralığında dəyişir. Bütün bayramların əvəzolunmazı düyüdür. Onun qiyməti isə 4-7 azn aralığındadır.
Salatlarda istifadə etdiyimiz mayonezin də qiymətləri ölçüsünə görə dəyişir. Belə ki, mayonez qiymətləri 3-7 azndır. Zeytun 3.5-24 manat arasında, pendir çeşidləri 3-20 manat arasında dəyişir.
Konservləşdirilmiş məhsullardan yaşıl noxud 3-8 azn arasında dəyişir, qarğıdalı konservi 3-7 manat, turşular kiloqrama görə 3 azn-dan başlayaraq 15 azn-ə qədər yüksəlir. Yumurta 30 qəpik aralığında, göyərti növləri 20 qəpiklə 1 azn arasında dəyişir.
Quru meyvələrdən sarı kişmişin kiloqramı 5-10 manatdır, növünə görə 20 manata qədər də arta bilir. Ərik qurusu 12.9-15 manat arasında dəyişir.
Meyvələrdən alma 1-3 manat, banan 3 manat, mandarin 2-3 manat arası, kivi 6 manat, ananas 6 manat, armud 2.4-6 manat aralığındadır. Tərəvəzlərdən pomidor 3-4 arası, xiyar 2.4-3 manatdır.
Konfet və şokoladların qiymətləri 5 manatdan başlayır, orta qiymətlər, adətən, 10-11 manat arasındadır. Yerli və xarici məhsul olmaqla qiymətlərdə fərqlər də mövcuddur. Qiymət xarici məhsulda kiloqrama görə 35-40 manata qədər də arta bilir.
Nəticə etibarilə bu il bayram süfrəsi üçün orta hesabla 200-350 manat aralığında vəsait lazım olacaq.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: yeniil