Məryəm Qafarzadə: "Kosmik tibb sahəsində böyük nailiyyətlər əldə edəcəyik"

   Məryəm Qafarzadə:    "Kosmik tibb sahəsində böyük nailiyyətlər əldə edəcəyik"
  19 Dekabr 2024    Oxunub:602
“Kosmik Tibbin əsasları” təlimi bizim birgə addımladığımız uzun bir yolun başlanğıcıdır. Kosmik tibb elmdə yeni istiqamət olsa da, bu sahəyə maraq artmaqdadır.
Bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) regional direktorunun müavini Məryəm Qafarzadə “Kosmik Tibbin əsasları” mövzusunda təlimin açılışında deyib.

“Gələcəkdə ICESCO-nun dəstəyi ilə bir sıra beynəlxalq tədbirlər və təlimlərin keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, birgə səylər və fəaliyyət nəticəsində biz kosmik tibb sahəsində böyük nailiyyətlər əldə edəcəyik”, - deyə M.Qafarzadə əlavə edib.
AzVision.az


Teqlər:





Xəbər lenti