Ukrayna üzərində uçuşlar dayandırıldı

Ukrayna üzərində uçuşlar dayandırıldı
  18 İyul 2014    Oxunub:924
Bir sıra aviaşirkətlər Ukraynanın hava məkanı üzərində uçuş həyata keçirməyəcəklərini bəyan ediblər.
BBC-nin verdiyi xəbərə gorə artıq Almaniyanın Lufthansa, Böyük Britaniyanın “Virgin Airlines” və Rusiyanın “Transaero”, "Aeroflot" və “S7” aviaşirkətləri qərar qəbul ediblər.

Xatırladaq ki, bu gün Donetsk vilayətində Malayziyaya məxsus “Boeing” təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qəzaya uğraması nəticəsində 295 nəfərin ölüb. Ukrayna hökuməti və separatçılar bir-birlərini təyyarənin vurulmasında günahlandırırlar.


APA


Teqlər:  





Xəbər lenti