NATO Trampa görə alyansın maliyyə sistemini dəyişə bilər - "Newsweek"

NATO Trampa görə alyansın maliyyə sistemini dəyişə bilər    - "Newsweek"
  14 Noyabr 2024    Oxunub:781
NATO Donald Trampın seçkilərdə qalib gəlməsindən sonra alyansdakı maliyyə sistemini dəyişə bilər.
Bu fikirlər "Newsweek"də dərc olunan məqalədəndir.

WSJ: “Tramp “hərbi şura” yaratmağa hazırlaşır”
Hadisələrin bu cür inkişafını NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer də istisna etməyib.

“Biz Trampa müəyyən mənada belə deyə bilərik: xoş gəlmisiniz, cənab prezident! Bir çox üzv ölkələr sizə qulaq asdı, mesajları qəbul etdi və indi öz müdafiəsinə özləri sərmayə qoyurlar”, - o, ittifaqda maliyyələşmə sisteminin dəyişməsindən söz açarkən vurğulayıb.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rutte bəyan etmişdi ki, alyans ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa müdafiə və xarici siyasətin təşviqində kömək edə bilər.
Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Tramp  





Xəbər lenti