Ağ Evin milli iqlim müşaviri: Bütün ölkələr enerji keçidinə haradansa başlamalıdırlar

   Ağ Evin milli iqlim müşaviri:    Bütün ölkələr enerji keçidinə haradansa başlamalıdırlar
  12 Noyabr 2024    Oxunub:565
“Bütün ölkələr enerji keçidinə haradansa başlamalıdırlar və ölkənin karbohidrogen təməlinin olması onun təmiz enerjiyə keçib-keçməyəcəyini müəyyən edən amil deyil”.
Bu sözləri Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən ABŞ Prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi deyib.

Müşavir bildirib ki, bu, texnologiya, davamlı sərmayə və iradə məsələsidir: “Burada, COP-da da göründüyü kimi bu həm də iqlim dəyişikliyinin hamıya təsir edən böhran olduğunu etiraf etmək, Azərbaycanda və bütün dünyada təmiz enerji iqtisadiyyatı üçün həll yollarının əlçatan olduğunu qəbul etmək üçün bir araya gəlmək bacarığıdır.

Birləşmiş Ştatlar təmiz enerji iqtisadiyyatına keçid məsələsində öz yollarını və trayektoriyalarını formalaşdırmaq üçün ölkələrə kömək etməyə hazırdır. Məsələn, burada dəniz küləyi enerjisinin inkişafı üçün potensial var. ABŞ-da son dörd il ərzində əvvəllər sıfır olan bərpaolunan enerji ilə bağlı layihələrin sayı 10-a yüksəlib. Nəticədə biz bu sahədə böyük təcrübə əldə etmişik və Azərbaycan təmiz enerji mənbələrindən istifadəni hədəflədiyi üçün bu təcrübəni bölüşmək istəyirik”.

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti