BMqT-nin Baş direktoru COP29-dak liderlərə çağırış edib

   BMqT-nin Baş direktoru COP29-dak liderlərə çağırış edib
  12 Noyabr 2024    Oxunub:618
İqlim miqrasiyası təkcə bəşəriyyətin gələcəyi üçün narahatlıq mənbəyi deyil, həm də bu gün dünyada milyonlarla insanın yaşadığı real problemdir.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş direktoru Emi Popun çərşənbə axşamı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı verdiyi bəyanatda qeyd olunub.

Emi Pop COP29 gündəliyi ilə bağlı müzakirələrdə iştirak edən dünya liderlərini iqlim dəyişikliyinin təsirlərindən ən çox təsirlənən cəmiyyətlər adından daha konkret və davamlı qərarlar qəbul etməyə çağırıb.

BMqT-nin Baş direktoru iqlim dəyişikliyinin nəticələrinə baxmayaraq, öz evlərində qalmağa və dolanışıqlarını qorumağa çalışan insanların vəziyyətinə diqqət çəkib. Onun sözlərinə görə, bəşəriyyətin bu hissəsi xüsusilə iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılıq tədbirlərinə ehtiyac duyur. Emi Pop vurğulayıb ki, bu insanlara kömək etmək üçün daha effektiv yollar axtarmaq lazımdır. O qeyd edib ki, təkcə 2023-cü ilin sonuna qədər dünyada iqlim miqrasiyası 26 milyondan çox insanı evlərini tərk etməyə məcbur edib.

Emi Pop hesab edir ki, hər hansı ekoloji həllərin hazırlanması zamanı iqlim miqrasiyası mövzusu nəzərə alınmalıdır. “Ekoloji fəlakətlərə məruz qalan insanlarla məsləhətləşmək vacibdir. Onların innovativ ideyaları davamlı və ədalətli iqtisadi əlaqələrin qurulmasına töhfə verir”, - deyə BMqT-nin Baş direktoru əlavə edib.

AzVision.az



Teqlər: BMqT   COP29  





Xəbər lenti