Baydenin köməkçisi: COP29-un dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük

      Baydenin köməkçisi:    COP29-un dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük
  12 Noyabr 2024    Oxunub:558
“Çox qısa müddət ərzində biz COP29-un həqiqətən vacib və dialoqu asanlaşdıra biləcək şəkildə təşkil edildiyini gördük”.
Bu sözləri Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak edən ABŞ Prezidentinin köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi deyib.

O ümid etdiyini bildirib ki, COP29 artıq qazıntı yanacaqlarından uzaqlamağa başlamağımızı açıq şəkildə ifadə edən Dubay konsensusunda formalaşmış inamın daha da gücləndiriləcəyi bir platformaya çevriləcək: “Ümid edirəm ki, bu, Dubayda qarşıya qoyulan bərpa olunan enerji mənbələrini 3 dəfə artırmaq hədəflərində irəliləyişin olacağı COP tədbiri olacaq. Əminəm ki, dünya vacib ambisiyalar ətrafında birləşərək irəli addımlaya biləcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti