Putin: `ABŞ-ın sankiyaları əks effekt verəcək`

Putin: `ABŞ-ın sankiyaları əks effekt verəcək`
  17 İyul 2014    Oxunub:1274
ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sankiyalar Birləşmiş Ştatların özünə əks təsir edəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə Braziliyada jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putin bildirib.

“Sankiyaların nətən ibarət olduğuna baxmaq lazımıdır, təlaşa düşmədən, sakit şəkildə buna reaksiya vermək lazımdır” – deyə, Putin bildirib. Onun sözlərinə görə, Vaşinqtonun bu addımları Rusiya - ABŞ əlaqlərini dalana diriyir və onlara zərər vurur.

Putinin fikrincə sankisyalar ABŞ şirkətlərinə ziyan vuracaq: “Məsələn, iri şirkətlər Rusiyada işləmək istəyir, lakin onlar müəyyən məhdudiyyətlərlə üzləşdikdə digər energetik şirkətləri ilə müqayisədə öz rəqabətədavamlılığını itirirlər”. O, həmçinin Rusiyanın öz şelfində “ExxonMobil”ə işləməyə icazə verdiyini xatırladıb.

“Onlar öz şirkətlərinin bu ərazidə işləməsini istəmirlər? Onlar özlərinin ən iri energetika şirkətinə ziyan vururlar” –deyə, Putin bildirib.

Rusiya prezidenti bildirib ki, beynəlxalq problemləri bu cür həll etmək metodu gec və ya tez dəyişəcək.

Putin eyni zamanda Rusiyanın danışıqlara açıq olduğunu vurğulayıb: “Ümid edirəm ki, sağlam düşüncə, problemləri diplomatik yollarla həll etmək istəyi qalib gələcək”. O, həmçinin ABŞ-ı “aqressiv və qeyri-professional” xarici siyasət yürütməkdə ittiham edib.

Qeyd edək ki, bu gün ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar siyahısını genişləndirib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti