Tramp Baydenin onlarla sərəncamını ləğv edəcək

Tramp Baydenin onlarla sərəncamını    ləğv edəcək
  11 Noyabr 2024    Oxunub:953
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp rəsmi şəkildə vəzifəsinin icrasına başladığı ilk həftə ərzində onlarla icra sərəncamı imzalayaraq, Co Bayden administrasiyasının əmrlərini ləğv etməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, Donald Trampın qərargahının mətbuat katibi Kerolayn Livitt “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Bu, Co Bayden və Kamala Harrisin Trampın ilk administrasiyasının effektiv siyasətindən uzaqlaşmaq üçün imzaladıqları bütün icra sərəncamlarının ləğvi olacaq. Bununla bağlı Tramp Oval kabinetdə olacağı ilk həftədə onlarla sərəncam imazayacaq”, - Kerolayn Livitt vurğulayıb.

Onun sözlərinə görə, Baydenin vəzifədə olduğu ilk həftədə imzaladığı 94 icra sərəncamı sərhəddə böhrana və iqtisadi böhrana gətirib çıxardığı üçün Trampı yenidən prezident seçdilər ki, Bayden və Harrisi administrasiyanın “geri vermə” siyasətini tərsinə çevirsin.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Bayden   sərəncamlar  





Xəbər lenti