Tramp Putinə Ukrayna ərazilərini təklif edib

   Tramp Putinə    Ukrayna ərazilərini    təklif edib
  11 Noyabr 2024    Oxunub:741
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin artıq noyabrın 7-də telefon danışığında Ukraynada müharibənin dayandırıla bilməsini müzakirə ediblər.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Washington Post (WP)” qəzetinin yazdığına görə, Ukraynaya dəstəyin ABŞ vergi ödəyicilərinə baha başa gəlməsi ilə bağlı narahatlığını bildiriən Tramp, dünyanın Ukraynadan Krım kimi bəzi əraziləri güzəştə getməsini tələb edə biləcəyini ehtimalını vurğulayıb.

“Amma söhbət zamanı Tramp Rusiya prezidentinə Ukraynada müharibəni “gərginlşədirməməyi” tövsiyə edib. Prezidentlər Avropa qitəsində sülhün əldə olunması imkanları barədə müzakirələr aparıblar. Tramp Ukraynadakı müharibənin tezliklə həllini müzakirə etmək üçün sonrakı danışıqlarda maraqlı olduğunu bildirib”, - bir neçə mənbədən aldığı məlumata əsaslanan WP yazıb.

Vəziyyətlə tanış olan iki nəfərin dediytinə görə, Ukrayna hökumətinə zəng barədə məlumat verilib və Kiyev söhbətə etiraz etməyib. Mənbələr bildiriblər ki, ukraynalı məmurlar rəsmiləri Trampın Putinlə Ukrayna məsələsinin diplomatik həlli üzərində işləyəcəyini çoxdan başa düşüblər.

Lakin Ukraynanın Xarici İşlər nazirliyinin təmsilçisi Georgi Tixiy “Reuters” agentliyinə müsahibəsində bu telefon danışığı barədə Kiyevə əvvəlcədən xəbər verilmədiyini açıqalyıb.

- İddia olunan söhbətlə bağlı Ukrayna tərəfinin əvvəlcədən məlumatlandırıldığı barədə xəbərlər həqiqətə uyğun deyil. Ümumiyyətlə isə, Ukrayna bu zəngi dəstəkləyə və ya ona qarşı çıxa bilməzdi”, - Ukrayna XİN-in nümayəndəsi deyib.

Bundan əvvəl isə, Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə vurğulayıb ki, Kiyevin fikrincə, Ukraynanın iştirakı olmadan Rusiya ilə birbaşa sülh danışıqları mümkün deyil. Ağ Evin indiki administrasiyası da sülh danışıqları ilə bağlı qərarın məhz Kiyevdən gəlməsi prinsipini dəstəkləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Tramp   Putin   Ukrayna  





Xəbər lenti