ISW: “Putinin öz şərtləri var”

      ISW:    “Putinin öz şərtləri var”
  08 Noyabr 2024    Oxunub:809
Rusiya prezidenti Vladimir Putin Donald Trampın prezidentliyi dövründə Rusiya-ABŞ münasibətlərini öz şərtləri əsasında bərpa etmək istəyir.
AzVision.az xəbər verir ki, Amerikanın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitikləri belə iddia irəli sürüblər. Onların fikrincə, Putin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın xarici siyasətinə təsir göstərməyə və Moskvanın şərtləri əsasında Rusiya-Amerika münasibətlərinin növbəti dəfə bərpasına nail olmağa çalışır.

“Noyabrın 7-də “Valday” diskussiya klubunun 21-ci illik toplantısında iştirak edən Putin Trampın prezidentlik kampaniyasında “Rusiya ilə münasibətləri bərpa və Ukrayna böhranına son qoymağa kömək etmək arzusunu” bildirdiyini xatırladaraq, Rusiyanın ABŞ ilə münasibətləri bərpa etmək imkanlarına açıq olduğunu söylədi. Amma Putin ABŞ-ni Rusiya-Amerika münasibətlərinə xələl gətirməkdə günahlandırmağa çalışaraq, Vaşinqtonun Rusiyaya qarşı tədbirlərinin - sanksiyalar və məhdudiyyətlər tətbiq etməsinin və Kiyevi dəstəkləmək qərarına gəlməsinin - Rusiyanın Ukraynaya qanunsuz və əsassız genişmiqyaslı işğalına cavab olduğunu xatırlatmadı”, - ISW-nin hesabatında vurğulanır.

İnstitutun analitikləri qeyd edirlər ki, Putinin bəyanatı Moskvanın Rusiya-Amerika münasibətlərinin bərpasına yalnız ABŞ-nin Rusiyaya qarşı sanksiyaları və məhdudiyyətləri aradan qaldırması, habelə Ukraynaya dəstəyi dayandırması şərti ilə razılaşacağını nəzərdə tutur. Bu isə əslində, ABŞ-nin maraqları hesabına Rusiyanın xeyrinə olan şərtlərin reallşaması deməkdir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ISW   Putin   ABŞ   şərtlər  





Xəbər lenti