Al-Jazeera: "Tramp Yaxın Şərqin işlərini tənzimləyəsi deyil"

      Al-Jazeera:    "Tramp Yaxın Şərqin işlərini tənzimləyəsi deyil"
  07 Noyabr 2024    Oxunub:1190
"Tramp haqqında nə istəsək, deyə bilərik. Deyə bilərik ki, hiper-millətçidir, hətta faşistdir, amma İsrail adından Yaxın Şərqin işlərini yenidən tənzimləyəcək tipdə müdaxiləçi lider deyil".
Bu sözləri "Al Jazeera" xəbər agentliyinin baş siyasi analitiki Mərvan Bişarə deyib. O vurğulayıb ki, Donald Trampın region üzrə istənilən siyasi yanaşması ABŞ-nin mənfəətinə əsaslanır.

"Əlbəttə, o, Yaxın Şərqə böyük təsir göstərən addımlar atmaqdan da çəkinmir. Məsələn, əvvəlki prezidentliyi dövründə ABŞ-niı İranın nüvə sazişindən çıxarıb. Eyni zamanda, Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri Qasım Süleymaninin öldürülməsinin də arxasında idi. Tramp üçün bu kimi şeylər balans məsələsidir", - o bildirib.

("Al Jazeera" xəbər agentliyinin baş siyasi analitiki Mərvan Bişarə)

Analitik sözlərinə görə, Tramp Yaxın Şərqdə münaqişələrin bitməsini istəməkdə ciddidir, lakin:

"O daha çox istərdi ki, 20 yanvarda (andiçmə mərasimində - red). Oval Ofisə addım atacağı gün Yaxın Şərqdə böhran onun məsuliyyətində qalmasın. Son ​​bir neçə ay ərzində verdiyi bəyanatlara əsasən, Qəzza zolağında insan haqları ilə bağlı o elə də narahat deyil. O yalnız öz prestijini qorumaq niyyətindədir", - Bişarə söyləyib.
İran XİN: "Tramp yanlış siyasətləri düzəltmək şansı qazanıb"

Xatırladaq ki, sabiq ABŞ lideri Donald Tramp dünən rəqibi Kamal Harisə prezidentlik yarışında 51%lə qalib gələrək, təkrarən Ağ Evə qayıdıb. Beləliklə, ardıcıl olmadan ikinci dəfə prezident seçilən ikinci şəxs kimi ölkə tarixinə düşüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Tramp   Yaxın-Şərq  





Xəbər lenti