Kiyev Trampın qələbəsinə görə daha çox itirəcək - "NBC"

"Ukrayna yeni reallıqdan qorxur. Kiyev rəsmiləri ABŞ-nin yardımlarından məhrum olmaqdan da qorxur ki, bütün bunlar da onları danışıqlar masası arxasına oturmağa məcbur edəcək",- məqalədə yazılıb.
Bundan əvvəl “The Wall Street Journal” yazmışdı ki, Trampın mümkün qələbəsi Ukrayna ilə bağlı qeyri-müəyyənlikləri daha da artıracaq.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi, keçmiş prezident Donald Tramp qalib gəlib. O, seçkidən əvvəl demişdi ki, seçiləcəyi təqdirdə ən yaxın tərəfdarlarına - milyarder İlon Maska və siyasətçi Robert Kennediyə vəzifələr veriləcək.
Tural Tağıyev
AzVision.az
Teqlər: