Respublikaçılar Senatı da nəzarətə götürürlər
Belə ki, səsvermənin ilkin nəticələrinə əsasən, Senatda nəzarəti ələ almaq üçün respublikaçılar zəruri olan 51 mandatı qazanıblar. ABŞ mediası demokratların Senatda hələlik 42-43 mandat əldə etdiyini yazır.
Hazırda Senatdakı 100 yerdən 49-na respublikaçılar, demokratlar isə onları dəstəkləyən müstəqil namizədlərlə birlikdə 51-nə nəzarət edirlər. Dünənki seçkilərdə ABŞ vətəndaşları Senatın 34 üzvünü yenidən seçirdilər.
Maraqlıdır ki, Konqresin Nümayəndələr Palatasında da respublikaçıların üstünlüyü qeydə alınır. “NYT” və “Fox News” onların 176, demokratların isə 139 mandat qazandığını yazır. “Associated Press (AP” nəşri isə respublikaçıların 178, demokratların isə 143 mandata yiyələndiyini bildirib.
Aşağı palatada səs çoxluğu əldə etmək üçün 218 yer tutumalıdır. Hazırda spiker Mayk Consonun rəhbərlik etdiyi Nümayəndələr Palatasında respublikaçıların cüzi üstünlüyü var: 220-nin 212-yə qarşı.
Sahil İsgəndərov
AzVision.az
Teqlər: ABŞ Senat respublikaçılar