Kreml: “Sandu Moldovanın prezidenti seçilməyib”

      Kreml:    “Sandu Moldovanın prezidenti seçilməyib”
  05 Noyabr 2024    Oxunub:869
Moldovada seçicilərin əksəriyyəti prezident Mayya Sanduya səs verməyib.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu fakta diqqət çəkib.

“Xanım Sanduya gəlincə, siz bilirsiniz ki, o, bizim anladığımız qədər öz ölkəsinin prezidenti deyil, çünki ölkənin özündə də əhalinin əksəriyyəti ona səs verməyib. Söhbət çox, çox parçalanmış cəmiyyətdən gedir. Moskva Rusiya Federasiyasından səs vermiş Moldova vətəndaşlarının timsalında bu seçkilərə obyektiv qiymət verə bilər. Onlara səslərindən istifadə etmək imkanı verilmədiyinə görə seçkinin nəticələrini təmiz hesab etmək olmaz”, - Kremlin sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, bu “seçkilər nə demokratik, nə də ədalətli keçib”. Moldovanın hazırkı hakimiyyətini tənqid edən Dmitri Peskov, rəsmi Kişineunu Rusiya ilə istənilən qarşılıqlı əlaqəni məhdudlaşdırmaqda, habelə Rusiya mediasına təzyiq təşkil etməkdə və respublikada məlumat klirinqini sterilləşdirməkdə günahlandırıb. Bu isə, təbii ki, vətəndaşların müxtəlif məlumatlar almaq hüququnun birbaşa məhdudlaşdırılmasıdır.

Rusiya prezidentinin mətbuat katibi Dnestryanı sakinlərinin Moldovanın hazırkı rəhbərliyini heç bir şəkildə dəstəkləməyə meyilli olmadığını da iddia edib.

“Bu, ciddi səylər tələb edən, lakin sırf konstruktiv yanaşmaya əsaslanan problemdir ki, indi də onun çatışmazlığını indi görürük”, - Dmitri Peskov deyib.

Xatırladaq ki, Moldovanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, noyabrın 3-də ölkədə keçirilən prezident seçkilərinin ikinci turunda 55,33 faiz səs toplayan hazırkı dövlət başçısı Mayya Sandu, 44,67 faiz səslə müxalifətdə olan Sosialist Partiyasının namizədi, Qaqauz respublikasının keçmiş prokuroru Aleksandr Stoyanoqloya qalib gəlib. Eyni zamanda, Moldova ərazisində Sandu 48,81% səs toplayıb, Stoyanoqloya isə 51,19% səs verib.

Lakin xarici ölkələrdə təşkil olunmuş səsvermə sayəsində Sandu böyük fərqlə seçkinin qalibi olub. Xaricdəki 231 seçki məntəqəsində 330 minə yaxın seçici səs verib ki, bu da ümumi seçicilərin 20 faizindən çoxunu təşkil edir. Xaricdəki seçicilərin 82%-dən çoxu, yəni təxminən 250 mini Mayya Sandunu dəstəkləyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Moldova   Sandu  





Xəbər lenti